Bank Of Baku

Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb

Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
# 21 sentyabr 2026 17:03 (UTC +04:00)

Türkiyədə Bakırköy prokurorluğu tərəfindən 18 sentyabrda narkotik işi üzrə başladılan istintaq davam edir.

NTV xəbər verir ki, bu iş üzrə aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul hava limanında saxlanılıb.

Saraçoğlu daha əvvəl sosial media hesabında xaricdə işgüzar səfərdə olduğunu və ifadə vermək üçün ən qısa müddətdə geri qayıdacağını bildirmişdi.

Qeyd edək ki, 18 sentyabrda İstanbulda məşhurların da aralarında olduğu şəxslərə qarşı narkotik əməliyyatı keçirilib. Əməliyyat Bakırköy Respublika Baş Prokurorluğunun apardığı “Məşhurlara qarşı narkotik araşdırması” çərçivəsində İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı 15 nəfər saxlanılıb. Saxlanılanlar arasında aktyor Aras Bulut İynemli, müğənni Sefo (Seyfullah Sağır), aktrisa Melis Sezen, aktrisa Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, aktrisa Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı da var.

1 2 3 4 5 İDMAN XƏBƏR

Şou-biznes

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR