İmişlidə baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

İmişlidə baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb
# 15 mart 2013 17:13 (UTC +04:00)

İmişli. Əlibәy Zeynallı - APA. İmişlidə 6 aylıq körpəni xəstəxanaya aparan ailə qəzaya uğrayıb. İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, körpə sağ-salamat qalsa da, avtomobildə olan ana dünyasını dəyişib.

Belə ki, bu gün saat 11:00 radələrində İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində avtomobil qəzası qeydə alınıb. Sarxanlı kənd sakini, 31 yaşlı Əliyev Zaur Əli oğlu idarə etdiyi “Mercsedes” markalı avtomobillə İmişli şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, avtomobil bir neçə dəfə aşaraq elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan Sarxanlı kənd sakini, 39 yaşlı Allahverdiyeva Nuridə Baxışəli qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və avtomobildə olan mərhumun həyat yoldaşı, 31 yaşlı Allahverdiyev Asif Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobildə olan 6 aylıq körpə Allahverdiyev Yusif Asif oğlu isə bədən xəsarətləri almadan qəzada salamat qalıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR