Azərbaycandakı ukraynalılar Yeni il şənliyi keçiriblər - FOTO

Azərbaycandakı ukraynalılar Yeni il şənliyi keçiriblər - <font color=red>FOTO</font>
# 27 dekabr 2010 08:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Ukraynanın Azərbaycandakı səfirliyi qarşıdan gələn Yeni il bayramı ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycanda yaşayan ukraynalılar, Bakı Slavyan Universitetinin və Ukrayna həftə sonu məktəbinin nümayəndələri iştirak edib.

Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili Miroslav Blaşşuk Ukrayna xarici işlər naziri Konstantin Qrişşenkonun soydaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.

Təbirdə diaspora üzvlərinin uşaqları və BSU-nun tələbələri Ukrayna dilində şeirlər deyib, mahnılar oxuyub, Yeni il və Miladla bağlı səhnəciklər nümayiş etdiriblər. Uşaqlara yeni il hədiyyələri təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR