27 yaşlı Siyəzən sakini ölümcül döyülüb
10 oktyabr 2012 18:51 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Bu gün axşam saatlarında Siyəzən şəhər sakini, 27 yaşlı Qəzənfər Ağaqulu oğlu Musayev bir qrup şəxs tərəfindən ölümcül döyülüb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Q. Musayevə qarın nahiyəsinin travması diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Ona ilkin yardım göstərildikdən sonra yaxınlarının istəyi ilə paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
Qaxda maşın sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
00:25
21 may 2024
Masallı sakini həmkəndlisini ov tüfəngi ilə qətlə yetirib - YENİLƏNİB
00:17
21 may 2024
Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun həbs müddəti uzadılıb
18:29
20 may 2024
Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq - FOTO - VİDEO - YENİLƏNİB-1
17:40
20 may 2024