Sərdar Cəlaloğlu: ““Qarabağ” birliyinin yaradılmasına mane olacaq məsələ yoxdur”

Bakı. Ramil Məmmədli – APA. ““Qarabağ” birliyinin təsis olunması ilə bağlı Demokrat Partiyası ilə Ümid Partiyası arasında qaranlıq məqamlar qalmayacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri bildirib ki, birliyin təsis olunması və fəaliyyəti ilə əlaqədar bütün məqamlar müzakirə olunacaq və bundan sonra qərar veriləcək: “Proses danışıqlar mərhələsindədir. Amma “Qarabağ” birliyinin yaradılmasına mane olacaq məsələ yoxdur. Əslində, birliyin təsis olunması üçün texniki məsələlər həll olunmalı, Əsasnamə hazırlanmalıdır. Bu həftə ərzində bu məsələlərin həlli nəzərdə tutulub”.
S. Cəlaloğlunun sözlərinə görə, birliyin şərtlərini hansı partiya qəbul edəcəksə, üzvlüyə qəbul olunacaq: “Hələlik heç bir partiya ilə danışıqlar aparılmır. Birlik yaradıldıqdan sonra digər partiyaların da birliyə cəlb edilməsi üçün danışıqlara başlanıla bilər”.

Daxili siyasət

Laçının işğaldan azad edilməsinin ildönümüdür

Tural Gəncəliyev: Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Əlaqələndirmə Qərargahının iclası keçirilib