Azərbaycan Diplomatik Akademiyasının ilk magistratura proqramı məzunlarının buraxılış mərasimi keçirilib - FOTOSESSİYA

Azərbaycan Diplomatik Akademiyasının ilk magistratura proqramı məzunlarının buraxılış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 20 may 2011 14:24 (UTC +04:00)
Bakı – APA. Mayın 20-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə ilk magistratura proqramının (MADİA) məzunlarının təntənəli buraxılış mərasimi keçirilib. ADA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İçərişəhərin “Kiçik Karvansaray” mərkəzində baş tutan tədbirə dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri də qatılıb.

Tədbirin əvvəlində ADA-nın rektoru Hafiz Paşayev, akademiyanın professor-müəllim heyəti səhnəyə dəvət olunub. MADİA proqramı üzrə təhsil alan Azərbaycan, Çexiya, Keniya, Rusiya, Pakistan və Meksikadan olan tələbələr hərbi orkestrın müşayəti ilə öz dövlət bayraqlarını səhnəyə çıxarıblar. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

H. Paşayevin çıxışından sonra Diplomatik Akademiyanın birinci kurs tələbələrinin məzun yoldaşlarına həsr etdikləri sənədli film nümayiş etdirilib. Xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, ADA onunla bağlı ümidləri tam doğruldur, yeni nəsl professional diplomatların yetişdirilməsinə ciddi tövhə verir.

Tədbirin sonunda Azərbaycan Diplomatik Akademiyasının ilk magistr tələbələrinə rektor Hafiz Paşayev tərəfindən diplomlar təqdim olunub.






İncəsənət-açıq teatr _ Şura

İsrafil İsrafilov Türkdilli Teatrlar Şurasının rəhbəri seçilib

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Türkdilli Teatrları Şurasının sədri seçilib. APA-nın məlumatına görə, bu barədə bu günlərdə Türkiyədən səfərdən qayıdan İ. İsrafilovun özü məlumat verib.
Onun sözlərinə görə, sözügedən şura Türkiyədə bu ay keçirilən Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutan toplantı zamanı yaradılıb. Yeni yaradılan şuranın ilk sədri də İsrafil İsrafilov təyin olunub.
Şura rəhbəri kimi bir çox səlahiyyətləri həyata keçiriləcəyini deyən İ. İsrafilov eyni zamanda türkdilli teatrlarda Azərbaycan dramaturqlarının əsərlərinin hazırlanması ilə bağlı da xüsusi layihələrin olacağını bildirib: “Türkdilli teatrlar arasında çox pis vəziyyətdə olan teatrlar da mövcuddur. Mən də bu şuranın rəhbəri kimi həmin teatrların inkişafı naminə işlərin görülməsinə can atacağam. Bu vəzifə çərçivəsində səlahiyyətlər həddən artıq çoxdur. Bu işlərin öhdəsindən gələcəyimə də orada hamı inanır. Bu vəzifəyə məhz Azərbaycandan olan şəxsin rəhbərlik etməsi də ayrıca bir sevincdir”.

İ. İsrafilov onu da əlavə edib ki, növbəti il üçün şuranın toplantısı Bakıda olacaq. Bu toplantıya isə bütün türkdilli teatrların rəhbərləri qatılacaq.






Sosial – bağlı

Azərbaycan Tibb Universitetində iki fakültə birləşdirilir

Bakı. Sevil Valehova - APA. Növbəti tədris ilindən Azərbaycanda tibb təhsilində aparılan islahatlar çərçivəsində Azərbaycan Tibb Universitetində iki fakültə birləşdiriləcək. Universitetin tədris hissə müdiri Nəsimi Qasımovun APA-ya verdiyi məlumata görə, müalicə-profilaktika və pediatriya fakültələrinin bazasında müalicə işi ixtisası üzrə geniş profilli həkim kadrları hazırlayan fakültə yaradılır.

N. Qasımov bildirib ki, ölkədə rezidentura təhsilinə başlanılır və bütün bu işlər Azərbaycanda hazırlanacaq həkim kadrların səviyyəsinin beynəlxalq standartlara cavab verəcəyinə təminat kimi qiymətləndirilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR