Saxlama müddəti ötmüş 195 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 195 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 25 noyabr 2010 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nərimanov rayonunda Azadlıq prospekti, ev 116 ünvanında yerləşən «Makros market»də, Səbail rayonunda B.Sərdarov küçəsi, 2 ünvanında Zərifə Beruzovaya məxsus mağazada, Xətai rayonunda Gəncə prospekti, ev 1942 ünvanında yerləşən «Alsu market»də, M.Hadi küçəsi, 63 ünvanında Əhməd Babayevə və İsrafil Cavadova məxsus mağazalarda, M.Hadi küçəsi, 99 ünvanındakı «Sevil market»də, A.Cəlilov küçəsi, 5 ünvanında yerləşən «Kral market»də, Mingəçevir şəhərində Naxçıvan küçəsindəki «Tural market»də, Təbriz küçəsində yerləşən «Qızıl Tac» mağazasında, Tərtər rayonunda Ə.Paşayev küçəsində Yeganə Məmmədovaya məxsus mağazada, Xudat rayonunda M.F.Axundov küçəsində Sərvinaz Allahyarovaya və Namiq Kərimova məxsus mağazalarda, Ağdaş rayonunda M.İsayev küçəsində yerləşən «Ağdaş market»də, ümumi çəkisi 195 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Eyni zamanda Dövlət Xidməti tərəfindən ölkənin tikinti bazarında da yoxlamalar aparılıb. Nəzarət tədbirləri zamanı Nərimanov rayonunda Xətai prospekti, ev 5 ünvanında yerləşən «Tikkurilla» mağazasında, Z.Bünyadov prospekti, 69 B ünvanında Nəbi Namazova məxsus mağazada, Binəqədi rayonunda Rəsulzadə qəsəbəsidə yerləşən «Betek» mağazasında ümumi çəkisi 336 kq olan saxlama müddəti ötmüş boya, emusiya, yapışqan və s. tikinti materialları aşkar edilərək satışının qarşısı alınıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR