Firəngiz Əlizadə: “Bu il Mədəniyyət və Turizm Nazirliyi festivalın təşkilinə çox cüzi maliyyə vəsaiti ayırıb, ancaq festival ən yüksək səviyyədə həyata keçiriləcək”
27 iyun 2011 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Festivala hələlik lazımi qədər maliyyə dəstəyi ala bilməmişik. Biz buna heç can da atmırıq. Əslində biz bu festivalı bir həftə həyata keçirmək istəyirdik və Çin, Almaniya, İsveçrədən musiqiçilər gəlmək istəyini bildirdilər, sadəcə olaraq biz maliyyə vəsaitinin azlığı səbəbindən imtina etməli olduq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalına dövlət tərəfindən maliyyə vəsaitinin ayrılmamasına münasibət bildirərkən deyib. F. Əlizadə qeyd edib ki, bu il Mədəniyyət və Turizm Nazirliyi bu festivalın təşkilinə çox cüzi maliyyə vəsaiti ayırıb, ancaq bütün bu problemlərə baxmayaraq bu festival ən yüksək səviyyədə həyata keçiriləcək: “Keçən ilki festivalı tamamilə biz təşkil etdik və Şəki İcra Hakimiyyətinin köməyi ilə bu işləri gördük. Bu il isə Mədəniyyət və Turizm Nazirliyinin bizə təvazökar bir kömək elədi. Biz öz vəzifəmizi yüksək səviyyədə həyata keçirəcəyik. Festival dörd gün olacaq və ona görə günə üç tədbir salmışıq. Biz məqsəd qoymuşuq və bu festivalı keçirəcəyik. Az və ya çox, ya da pulsuz bu işi görəcəyik. Burada gülməli bir şey yoxdur, mən bu yerdə ağlayardım...”
“İpək Yolu” II Beynəlxalq Musiqi Festivalının Qəbələ III Beynəlxalq Festivalı ilə fərqinə gəlincə F. Əlizadə deyib ki, bu festival təbii və tarixi məkanlarda həyata keçirilir: “Bu da dinləyicilərə, tamaşaçılara başqa cür təsir edir. Muğamımızı dinləyərkən əcnəbi vətəndaşların göz yaşlarını saxlaya bilməmələri həqiqətən də böyük hadisədir. Qəbələ Musiqi Festivalı ilə “İpək yolu” Festivalını da fərqləndirən cəhətlərdən biri budur. Biz məkanla musiqini vəhdət şəkildə təqdim edirik. Qəbələ Festivalının tamamilə başqa məqsədləri var. Biz öz ulduzlarımızı təbliğ edirik. İstər Əsli rolunu oynayacaq Vüsalə xanım, istərsə Emil Əfrasiyaboğlu - ulduzlardır. Ancaq təəssüflər olsun ki, biz ulduzlarımızı o qədər təbliğ edə bilmirik. Bizə gərək xaricdən desinlər ki, “bu ulduzdur”, ondan sonra bura gələndə biz deyək doğrudan da ulduzdur. Belə ulduzlar bizim festivalımızda az olmayacaq. Amma yəqin ki biz öz ulduzlarımızı hələ təqdim edə bilməmişik. Bu bizim qəbahətimizdir. Festivalları müqayisə etmək olmaz, hər ikisi tamamilə başqa festivaldır. Mən heç bir festivala xələl gətirmək istəmirəm. Bunların hər biri beynəlxalq səviyyəli tədbirlərdir”.

İncəsənət
Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış edib
20:34
6 oktyabr 2024
Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçiriləcək
12:07
5 oktyabr 2024
Gəncə Dövlət Filarmoniyasında "Xalqın mədəni sərvəti" layihəsi davam edir - FOTO
09:42
3 oktyabr 2024
Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirilib
16:06
2 oktyabr 2024