Bu gündən Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Bu gündən Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb
# 22 oktyabr 2010 09:07 (UTC +04:00)
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Seçki bülletenləri Azərbaycan Milli Məclisinin mətbəəsində çap edilir. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilmiş iclasında qəbul edilib.

Qeyd edək ki, seçicilərin ümumi sayından 3 faiz artıq - 5.096.574 ədəd seçki bülleteni çap olunacaq. Bülletenlər MSK-nın 3 üzvünün müşahidəsi altında hazırlanacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR