Türkiyə-Ermənistan yaxınlaşmasının üç təməl faktoru - uğursuz xarici siyasət, ABŞ-ın “erməni soyqırımı”nı tanıması ehtimalı, bələdiyyə seçkiləri...-TƏHLİL
AKP iqtidarının Ermənistanla münasibətləri normallaşdırmaq cəhdlərinin kökündə bir sıra xarici və daxili faktorlar dayanır. ABŞ-da yeni administrasiyanın qondarma “erməni soyqırımı”nı tanıması ehtimalının yüksək olması, üstəgəl Türkiyə-İsrail münasibətlərində yaranmış gərginlik Ankaranı Ermənistanla bir qədər yaxınlaşmağa, məcbur edir. Uzun illər ərzində ABŞ-ın “erməni soyqırımı”nı tanımaq cəhdləri bu ölkədə böyük təsir imkanlarına malik olan yəhudi lobbisinin yardımı ilə əngəllənib. Lakin Davos sammitində baş nazir Ərdoğanla İsrail prezidenti arasında söz dueli Türkiyə-İsrail münasibətləri üzərinə ciddi kölgə salıb və bu səbəbdən yəhudi lobbisinin bu il ABŞ konqresində “erməni soyqırımı”nın tanınmasını əngəlləmək üçün Türkiyəyə yardım göstərəcəyi artıq sual altındadır.
Başqa sözlə desək, Türkiyə öz baş nazirinin Davos sammitində daxili siyasətə hesablanmış addımlarının acısını xarici siyasət kursunda çəkməkdədir. Bu səbəbdən rəsmi Ankara bölgədə ciddi strateji müttəfiqi olan İsraillə münasibətlərə kölgə salınmasının mənfi nəticələrini Ermənistanla münasibətləri normallaşdırmaq hesabına aradan qaldırmağa çalışır. Yəni Türkiyə məcburi olaraq Ermənistan və “erməni soyqırımı” məsələsində taktiki dəyişikliyə əl atıb – artıq Ankara bu iddiaların yalan olduğunu isbatlamaq yolundan imtina edib, əvəzində Ermənistanla yaxınlaşmaqda maraqlı olduğunu, “erməni soyqırımı”nın tanınmasının bu yaxınlaşmağa maneçilik törədəcəyini nümayiş etdirmək yolunu seçib.
Türkiyənin xarici siyasət kursunda sırf müdafiə xarakteri daşıyan bu dəyişiklik daimidirmi? Ankaranın bu xarici siyasət kursunun davamlı xarakter daşıyıb-daşımayacağı 24 apreldən sonra məlum olacaq. Əgər Türkiyə Birləşmiş Ştatları Ermənistanla yaxınlaşmaqda və bütün mövcud problemləri həll etməkdə gerçəkdən maraqlı olduğuna inandıra bilsə, çox güman ki, bu il də ABŞ prezidenti ənənəvi illik çıxışında 1915-ci il hadisələrini “soyqırımı” kimi dəyərləndirməyəcək. Lakin bunun üçün Türkiyə bəzi əməli addımlar atmalıdır. Əks təqdirdə Ankara “erməni soyqırımı” məsələsində gələn il daha ciddi problemlərlə üzləşə və bu məsələdə beynəlxalq aləmdəki mövqeyi getdikcə zəifləyə bilər?
Türkiyə Ermənistanla münasibətləri normallaşmaq istiqamətində hansı addımlar atmağı planlaşdırır? Proses pərdə arxasında getdiyindən konkret fikir söyləmək çətindir. Lakin mediaya sızan məlumatlar və AKP rəsmilərinin reaksiyaları bir şeyi qəti söyləməyə imkan verir – yaxınlaşma (yaxud belə bir görüntü yaratma) prosesi başlayıb! AKP-nin ölkədəki erməni icmasına xoşməramlı mesajları, Ermənistanla sərhədlərin açılacağı, sərhədyanı ticarətin genişləndiriləcəyi, Ermənistanla ticarət həyata keçirəcək iş adamlarına vergi və gömrük güzəştlərinin ediləcəyi barədə müxtəlif səviyyədə verilən açıqlamalar Türkiyənin atmaq istədiyi addımları təxmin etməyə imkan verir.
Türkiyə-Ermənistan yaxınlaşması istiqamətində addımlar həm də daxili siyasi maraqlara hesablanıb. Hakim partiyanın nüfuzunun zəifləməsi bələdiyyə seçkilərində səs itkisinə səbəb olacaq, bunu AKP təmsilçiləri də etiraf edirlər. Bu səbəbdən hər səs uğrunda ciddi mübarizə aparan AKP həm ölkədəki erməni icmasının (Türkiyədəki ermənilər adətən CHP-yə yaxın elektorat sayılır), həm də Ermənistanla həmsərhəd bölgələrdə yaşayan iş adamlarının dəstəyini qazanmağa çalışır. Təsadüfi deyil ki, bu gün AKP-nin Şərqi Anadoluda apardığı seçki təbliğatı Ermənistanla sərbəst və birbaşa ticarətə icazə veriləcəyi, bu addımın sosial durumu çox ağır olan sərhəd bölgəsi əhalinin maddi vəziyyətini yaxşılaşdıracağı kimi tezislər üzərində qurulub.
Uzun müddətdən bəri həmin bölgələrdə Ermənistanla sərhədlərin açılmasının və birbaşa ticarətə başlanmasının vacibliyi istiqamətində ən müxtəlif səviyyədə (beynəlxalq təşkilatlar, maliyyə fondları, siyasi partiyalar, bələdiyyə başqanları, qeyri-hökumət təşkilatları, media və s.) təbliğat aparılıb və nəticədə Ərdəhan, Qars, İğdır, Ağrı bölgələrində Ermənistanla münasibətlərin normallaşmasını arzulayan kiçik də olsa bir elektorat formalaşdırılıb. AKP iqtidarının Ermənistanla yaxınlaşma cəhdlərinin səbəblərindən biri sözsüz ki, bu elektoratın dəstəyini qazanmaqdır. Bir şey dəqiqdir – hökumət Ermənistanla sərhədləri açmaq üçün sərhədyanı bölgələrdə bələdiyyələri öz nəzarətinə keçirməlidir. Bu səbəbdən seçkilərdə Ermənistanla sərhədlərin açılmasının təbliğ olunması əsas strateji xətt kimi götürülüb.
Ankara-İrəvan yaxınlaşmasının təməl səbəbləri məlumdur, bu yaxınlaşma cəhdlərinin Azərbaycanda narazılıqla qarşılanması da məlumdur. Bəs bu narahatlıq nə qədər davam edəcək və Ankara bunu aradan qaldırmaq üçün hansısa addımlar atacaqmı? Hələlik türk xarici siyasətinin bu istiqamətdə nə isə bir addım atdığı gözə çarpmır. Ermənistanla danışıqlarda türk diplomatiyasının təməl prinsiplərindən biri olan – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipindən imtina edilməsi barədə yayılan məlumatlara Ankara hələ də Azərbaycan ictimaiyyətini razı salacaq tutarlı münasibət bildirməyib.
İndiyədək bu mövzuda səsləndirilən bəyanatların təxmini açıqlaması isə belədir – Türkiyə növbəti dönəmdə Ermənistanla bağlı siyasətində üçüncü ölkələrin maraqlarını nəzərə almayacaq. Bu mesajın Azərbaycana ünvanlandığı dəqiqdir – hər halda Azərbaycan cəmiyyətindən başqa bu yaxınlaşmadan narahat olan üçüncü ölkə yoxdur. Azərbaycanın narahatçılığı təbiidir, çünki Türkiyə Ermənistanla münasibətləri məhz bizim ölkənin maraqlarını tapdamaq hesabına normallaşdırmaq istəyir.
Türkiyənin Ermənistana yönəlik xarici siyasət kursu həmişə Ankara-Bakı-İrəvan üçbucağında formalaşıb və İrəvanla münasibətlərdə üç şərt təməl prinsip olaraq götürülüb: Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı guya soyqırımı törədilməsi iddiasından əl çəkməli, işğal altında saxladığı Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Son 20 ildə Türkiyə xarici siyasət kursu Ermənistan münasibətlərin normallaşması üçün bu şərtlərin yerinə yetirilməsini vacib sayıb və ən çətin dövrlərdə belə bu prinsipdən imtina etməyib. Lakin indi rəsmi Ankara yuxarıda söylənən səbəblərdən bu kursunu dəyişmək məcburiyyətində qalıb və Azərbaycanın maraqlarının arxa plana keçirib. Türkiyə bu il “erməni soyqırımı”nın tanınmasını əngəlləmək üçün Dağlıq Qarabağ məsələsini müzakirələrdən çıxardı, önümüzdəki illərdə nəyi qurban verəcək? Bu gün Azərbaycan cəmiyyətində yaranmış gərginliyin kökündə duran mahiyyət budur – Azərbaycanın maraqlarının uğursuz Türkiyə xarici siyasətinə qurban verilməsi.
Ən qəribəsi budur ki, uğursuz xarici siyasətin nəticələrini Ermənistanla yaxınlaşma hesabına aradan qaldırmağa çalışan AKP iqtidarı Azərbaycan ictimaiyyətindəki narahatlığa görə medianı günahlandırır. Azərbaycanın media qurumları Türkiyə-Ermənistan yaxınlaşmasını sərt şəkildə tənqid edir, bu bir gerçəklikdir. Amma bu tənqidi yanaşmanın hədəfi Türkiyə dövləti deyil, xarici siyasətdə ard-arda səhvlər buraxan AKP iqtidarıdır. Türkiyənin Ermənistana yönəlik uğursuz xarici siyasətinin ən ağır zərbəsinin son nəticədə Azərbaycana dəyəcəyi şəksizdir. Bu zaman medianın öz missiyasını yerinə yetirməsindən təbii nə ola bilər? Ermənistanla yaxınlaşmaq cəhdləri bir təhlükə siqnalıdır, çünki Şimali Kiprə, Kərkükə sahib çıxmayan Ankaranın bu cür siyasətlə Azərbaycanın maraqlarına sonadək sahib çıxacağına inanmaq qeyri-mümkündür.
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər