“Bayraq böhranı”: Azərbaycan Türkiyəni strateji tərəfdaş hesab etdiyini təsdiqlədi - TƏHLİL
Lakin indiki situasiyada nəticə dəyişməz qalır - Bakıdakı Türk Şəhidliyində bayraqların yenidən qaldırılması bir daha Azərbaycanın Türkiyəni STRATEJİ TƏRƏFDAŞ qismində gördüyünü və bu xətdən geri çəkilmədiyini göstərir.
Türkiyənin Azərbaycan bayrağına hörmətsizlik edənləri cəzalandırmasına rəsmi Bakının müsbət reaksiya verməsi və hətta “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadə qaydaları haqqında” qanununla istisna təşkil edilən bir addımın atılması da Bakının strateji müttəfiqliyə nə qədər önəm verdiyini bir daha təsdiqlədi.
Azərbaycan Türkiyə bayrağına bir xarici dövlətin bayrağı kimi deyil, dost və qardaş ölkənin bayrağı, həm də qüruru kimi yanaşdığından, yenidən Türk bayrağına Azərbaycan bayrağı ilə eyni statusda dalğalanmaq haqqını tanıdı.
Əslində bununla həm də bundan sonra da bölgədə BƏRABƏRHÜQUQLU və QARŞILIQLI MARAQLARA HÖRMƏT EDƏRƏK birgə addımlamağa inam ifadə etmək mesajı da verildi.
Prosesin yekun nəticəsi isə belədir – Azərbaycan bu günədək Türkiyəyə yönəlik yürütdüyü siyasətdən bir addım belə geri çəkilmədiyini, türk birliyi ideyasına sadiq olduğunu, öz siyasətində TÜRKİYƏ DÖVLƏTİ VƏ MİLLƏTİNİN maraqlarının daim nəzərə aldığını isbatladı və təbii ki, rəsmi Bakı da qarşı tərəfdən analoji siyasi xətt yürüdülməsini gözləyir.
“Bayraq böhranı” hansı gerçəklikləri ortaya çıxarıb?
a) Baş verənlər bir daha təsdiqləndi ki, bölgədə status-kvonu Azərbaycanın maraqlarının zərbə altına qoymaq hesabına dəyişmək mümkün deyil. Türkiyə yürütdüyü siyasətdə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır. Ankara bunu təkcə strateji tərəfdaşlar arasında qarşılıqlı maraqların nəzərə alınmasının vacibliyinə görə deyil, həm də öz daxilində Azərbaycana yönəlik yanlış siyasətə qarşı kəskin ictimai reaksiyanı nəzərə alaraq etməyə məhkumdur.
b) Azərbaycanın Türkiyəyə yönəlik siyasəti STRATEJİ TƏRƏFDAŞLIQ səviyyəsindən enməyib, əksinə təkcə Bakının deyil, türk ictimaiyyətinin də istəyi bu tərəfdaşlığı daha yüksək səviyyəyə çıxarmaqdır.
c) Bölgədə arzu edilən status-kvo dəyişikliyi yalnız proseslərin ən önəmli oyunçularından olan Azərbaycan və Türkiyənin daha da yaxınlaşması hesabına baş verə bilər.
d) Ən nəhayət “bayraq böhranı”na son nöqtəni qoyan Azərbaycan bununla həm də türk birliyi ideyasına bağlılığını bir daha isbatlayaraq Türkiyədə ölkə haqqında formalaşdırılan yanlış ictimai rəyi dağıtmış oldu.
Bir amili mütləq nəzərə almaq lazımdır – Türkiyənin stimullaşdırdığı böhranın başa çatmasında əsas rol Azərbaycana məxsusdur. Bunun üçün istifadə olunan vasitələr birmənalı qarşılanmaya bilər, lakin Azərbaycan bayrağının təhqir olunması səviyyəsinədək enən münasibətlərə Bakının sərt reaksiyası olmasaydı və bu münasibət türk ictimai fikri tərəfindən bu dərəcədə dəstəklənməsəydi, Ankara münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün bu qədər səy göstərməzdi. Gerçəklik budur - dövlətlərarası münasibətlərdə səhvlərin yenidən təkrarlanmaması üçün Azərbaycan və Türkiyə bir-birilərinə “böyük-kiçik qardaş” prinsipi ilə deyil, BƏRABƏRHÜQUQLU tərəf kimi baxmalıdır. /APA-ANALİTİKA/
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər