Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək deyib ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlib.
Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil və dünya birliyində layiqli yer tutan ölkədə yaşadığımızı vurğulayan Mehriban xanım bildirib ki, ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaq.
«Azərbaycanlılar fəxr edirlər ki, Heydər Əliyev kimi unudulmaz lideri, qəhrəmanı vardır», deyən Mehriban xanım Əliyeva bildirib ki, ulu öndərin adını daşıyan Fond artıq 6 ildir fəaliyyət göstərir və bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafında, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Təsadüfi deyildir ki, bu gün Heydər Əliyev Fondu dünyada hörmət və etimad ünvanına çevrilib.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan videofilm nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Dövlət başçısı deyib ki, Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edib.
Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşıb, deyən Prezident İlham Əliyev bildirib ki, ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıb və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub. Ulu öndərin gərgin fəaliyyəti nəticəsində Azərbaycan riskli ölkə imicini dağıdıb, respublikada irimiqyaslı layihələrin icrasına başlanıb, bütün sahələrdə inkişaf meylləri güclənib.
1993-2003-cü illərin Azərbaycanın gələcəyi üçün həlledici dövr, bu 10 ildə görülən işlərin əsrlər boyu görülən işlərə bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün yaşayır, inkişaf edir və xalqımızın qarşısında yeni imkanlar açılır, ölkəmiz Heydər Əliyevin yolu ilə gedir və ulu öndərin ideoloji əsasları ölkədə tam bərqərar olunub.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən dövlət başçısı əmin olduğunu bildirmişdir ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcək. Bu işlərin təməlində Heydər Əliyev amili dayanır. “Biz ümummilli liderimizə sadiqik”, deyən Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq.
Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı sahiblərinə təqdim olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq Artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib.
Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim olunub.
Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.
Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo konsertdə çıxış etmiş, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb.
Siyasi
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY
Şanxaydan Bişkekə: Şanxay Əməkdaşlıq Təşkilatı nədir və necə fəaliyyət göstərir? - TƏHLİL
İtkinlərin taleyi: Azərbaycanın ədalət və humanitar gündəliyinin açıq qalan səhifəsi - TƏHLİL
Xəbər Lenti
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik
Virtual sinif: Azərbaycan startapı təhsili yeni müstəviyə çıxarır - EURONEWS
Tramp: ABŞ faktiki olaraq İran üzərində nəzarəti ələ keçirib
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
Super Liqa: “Qalatasaray” 3 xalı 3 qolla qazanıb
Britaniyada Lordlar Palatasının ləğvi ilə bağlı referendum keçirilə bilər