Avropa İttifaqının ATƏT-in Minsk Qrupunda iştirakını aktivləşdirməsi təklifi irəli sürülüb
25 may 2011 13:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Avropa İttifaqı Avropa Qonşuluq Siyasəti proqramında iştirak edən ölkələr üçün 1.2 milyard avro vəsait ayıracaq. APA-nın məlumatına görə, bu rəqəmi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo açıqlayıb. Bununla da son iki ildə Avropa Qonşuluq Siyasətinin reallaşması üçün ayrılan vəsait 7 milyard avroyadək artırılmış olacaq.
Bu gün həmçinin Avropa Qonşuluq Siyasəti proqramının yenilənməsinə dair təkliflər açıqlanıb.Avropa komissiyası və Aİ xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun irəli sürdüyü təkliflərə ölkələrə demokratiyanı daha da dərinləşdirməkdə, iqtisadi inkişafa nail olmaqda dəstək vermək, bu ölkələrlə viza rejiminin sadələşdirilməsi, həmçinin Avropa İttifaqının həlli uzadılmış münaqişələrin nizamlanmasında iştirakını genişləndirmək daxildir.
Sənəddə qeyd olunur ki, həlli uzadılmış münaqişələrin qalması bütün region üçün ciddi çağırışdır: “İsrail-Fələstin münaqişəsi, Cənubi Qafqaz və Moldovada münaqişələr islahatlar yolunda güclü əngəl olmaqdadır. Avropa İttifaqı hələ də təmsil olunmadığı formatlarda, məsələn Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunda iştirakını aktivləşdirməlidir”.
Xatırladaq ki, Avropa Qonşuluq Siyasəti proqramına 16 ölkə, o cümlədən Azərbaycan daxildir.

Siyasi
Qazaxın 4 kəndi qaytarıldı: Azərbaycan hərb meydanında qələbəsini diplomatik sahədə davam etdirir - TƏHLİL
13:47
24 may 2024
Makron Fransanı qlobal gücdən adi Avropa ölkəsinə çevirməyi bacardı - TƏHLİL
11:14
24 may 2024
Fransanın neokolonial siyasəti çat verir-Yeni Kaledoniyada etirazlar sonun başlanğıcıdır - TƏHLİL
14:20
16 may 2024
Seçici demokratiya: Qərb Tbilisi və İrəvanda aksiyalarda polis zorakılığına niyə fərqli reaksiya verir? - TƏHLİL
16:09
14 may 2024