Mahmud Məmmədquliyev: “Azərbaycan və Ermənistan arasında birbaşa dialoq dayandırılıb” - APA TV

Mahmud Məmmədquliyev: “Azərbaycan və Ermənistan arasında birbaşa dialoq dayandırılıb” - <span style="color: red;">APA TV
# 13 sentyabr 2013 14:32 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, İrəvanda keçirilən “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, vaxtilə dialoq olub, lakin hazırda dayandırılıb: “Birbaşa dialoqa gəlincə, hər şey ona hazırlığın necə olmasından asılıdır. Ciddi hazırlıq olmalı, ciddi məsələlər müzakirəyə çıxarılmalı və qərarla qəbul olunmalıdır. Bu prezidentlərdən asılıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Serj Sarkisyana göndərdiyi məktublarda onları yaxın aylarda birbaşa dialoq imkanından istifadə etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR