Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır
# 22 aprel 2015 06:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Aprelin 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

İstiqrazlar 100,8417% qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi - 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində Azərbaycan Mərkəzi Bankı çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR