Azərbaycanda bank aktivlərinin 22%-i istifadəsiz qalıb

Azərbaycanda bank aktivlərinin 22%-i istifadəsiz qalıb
# 03 sentyabr 2013 11:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi son bir ildə 3 875,27 mln. manat və ya 26,2% artaraq 2013-cü il avqustun 1-nə 18 693,48 mln. manata çatıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin yanvar-iyul ayları ərzində aktivlərin həcmi 2 163,07 mln. manat və ya 13,1% artıb:

Bank aktivlərinin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 12 949,4 mln. manat təşkil edib. Bundan başqa, aktivlərin strukturunda 1 609,7 mln. manat investisiyalar, 1 115,7 mln. manat müxbir hesabları, 737,1 mln. manat nağd vəsaitlər, 681,6 mln. manat maliyyə sektoruna verilən kredit və depozitlər və 1 600,1 mln. manat digər aktivlərin payına düşüb.

Göründüyü kimi, müştərilərə verilən kreditlər aktivlərdə 69,3%-lik paya malikdir. Bu, böyük göstəricidir və Azərbaycan banklarının əsasən kreditləşmə ilə məşğul olduğunu göstərir. Bu, ümumiyyətlə bank sistemi üzrə məcmu aktivlərin tərkibindən aşkar görünür. Belə ki, aktivlərin strukturunda aktiv əməliyyatlardan hesab olunan investisiyaların xüsusi çəkisi cəmi 8,6%-ə bərabərdir. Qalan vəsaitləri (22,1%) isə banklar, demək olar ki, istifadəsiz saxlayır.

Qeyd edək ki, passivlərin tərkibində 8 488,0 mln. manat depozitlər, 6 089,9 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 118,6 mln. manat digər öhdəliklərin payına düşüb. Passivlərin strukturunda kapitalın həcmi 2 997,0 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR