Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək APA-nı təbrik edib - VİDEO

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək APA-nı təbrik edib - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 10:40 (UTC +04:00)

APA-nın Türkiyə müxbiri xəbər verir ki, təbrikdə deyilir:

“Beş dildə xəbər yayaraq Azərbaycanı bütün dünyaya və dünyanı da Azərbaycana daşıyan “Azəri-Press” xəbər agentliyinin yaradılmasının 10-cu ildönümünü təbrik edirəm. APA insanları sadəcə həyatdan xəbərdar etməklə qalmayaraq, eyni zamanda dünyadan da xəbərdar edərək önəmli bir vəzifəni yerinə yetirir, həyata keçirdiyi xəbərçilik çalışması ilə ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət edərkən, üzlərimizi də eyni yönə çevirməkdədir.

Bir insanın uşaqlıq çağı deyilə biləcək qədər qısa müddətdə çatdığı səviyyə ilə hər cür təqdirə layiq olan APA-nı təkrar təbrik edirəm. Uğurlu xəbərçilik xidmətlərinin daha geniş yayılaraq davam etməsini diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR