Kiyev böhranın aradan qaldırılmasında beynəlxalq təşkilatlardan yardım istəyəcək

Kiyev böhranın aradan qaldırılmasında beynəlxalq təşkilatlardan yardım istəyəcək
# 07 fevral 2014 00:50 (UTC +04:00)

Bakı-APA. Kiyev ölkədə siyasi böhranla nəticələnmiş hadisələrin araşdırılmasına beynəlxalq təşkilatları cəlb etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ukrayna prezidenti administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşü zamanı bildirib.

“Ukraynadakı hadisələrin araşdırılmasında beynəlxalq təşkilatların nüfuzlu rəhbərləri tərəfindən bizə yardım göstərilməsi ilə bağlı təşəbbüs irəli sürürük. Bizim rəsmi mövqe ondan ibarətdir ki, biz bu böhranın məhz araşdırılması və nizamlanmasına yardım göstərilməsini xahiş edirik”, deyə Portnov bildirib.

Portnov qeyd edib ki, ədalətli qiymət həm hüquq mühafizə orqanlarının, həm də etirazçıların hərəkətlərinə verilməlidir.

Portnov Muyjnieksi iqtidar və müxalifət arasındakı danışıqların gedişatı barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR