DSMF-də vətəndaş forumu keçirilib - FOTO

DSMF-də vətəndaş forumu keçirilib - <span style="color: red;">FOTO
# 28 fevral 2014 14:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) «Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları» mövzusunda «Açıq qapı» günü - vətəndaş forumu keçirilib.

DSMF-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları, DSMF-nin gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştirak ediblər.

Ölkə üzrə dövlət qulluqçularının 10%-nin DSMF-də çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayıb. 2007-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondu üzrə keçirilən müsabiqələrdə 1 918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

Bundan əlavə, dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılması istiqamətində Komissiya ilə birgə əməkdaşlıq həyata keçirilir.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib.

Forumda çıxış edən Dövlət İdarəçilik Akademiyasının dekanı Zaur Bağırov vurğulayıb ki, bu sahədə Akademiya dövlət orqanları, o cümlədən DSMF ilə sıx əməkdaşlıq edir. Belə tədbirlərin tərkib hissəsi kimi 2013-cü ildə Fond ilə Akademiya arasında elm, təhsil, vətəndaşlara xidmət, davamlı sosial inkişaf və qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı əhatə edən memorandum imzalanıb.

Forumda «Azərbaycanın sığorta-pensiya sistemi: sürətli islahatlarla müasirliyə doğru», «Dövlət qulluğuna qəbul» və «Dövlət qulluğunda irəli çəkilmə» mövzularında təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR