DİN işçi qəbulu elan edib

DİN işçi qəbulu elan edib
# 01 mart 2014 09:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə, Masallı və Sabirabad "ASAN Xidmət" mərkəzlərində DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə kiçik (müqavilə hesablı) rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə Bərdə, Masallı və Sabirabad rayonlarında yaşayan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 170 santimetrdən (qadınlar üçün 160 santimetrdən) hündür olan, ali təhsilli, kompüterdən istifadə etməyi bacaran Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlardan mart ayının 1-dən 30-dək şənbə, bazar və bayram günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək (012) 590-94-59, (012) 590-91-60 nömrəli telefonlarla DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR