Bakıda qeydiyyatsız yaşayan şəxsdən külli miqdarda narkotik aşkar edilib

Bakıda qeydiyyatsız yaşayan şəxsdən külli miqdarda narkotik aşkar edilib
# 29 may 2014 07:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 38 yaşlı kişidən külli miqdarda narkotik vasitə aşkar edilib.

Səbail Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə Xəqani bağında qeydə alınıb.

Bakı şəhərində qeydiyyatsız yaşayan, 1976-cı il təvəllüdlü Seleznyov Vadim Vyaçeslavoviç şübhəli şəxs qismində saxlanılaraq Səbail RPİ-yə gətirilib.

Saxlanılan şəxsin çantasına baxış keçirilərkən oradan 4 kiloqram 150 qram narkotik vasitə olan marixuana və 780 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR