Azərbaycanın iqtisadiyyat və sənaye naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
# 19 mart 2014 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, martın 28-də Şahin Mustafayev Sumqayıtda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşlarla görüşəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tarix Muzeyində (Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev pr.,) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaq üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (050/055) 235-01-81, (018) 654- 42 -23, faks: (018) 654- 42 -23, elektron poçt ünvanı: ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR