Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 22 mart 2014 07:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 24-dən 27-dək Qətərin Doha şəhərində "DİMDEX-14" sərgisi, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Almaniyanın Oberammerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursu və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Litvanın Kaunas şəhərində "Döyüş şəraitində yaralıların müalicəsi" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR