İranda zəlzələ olub

İranda zəlzələ olub
# 25 mart 2014 18:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Hörmüzqan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Kong limanına təsadüf edib. 4.1 bal gücündə olan zəlzələ martın 25-də Bakı vaxtı ilə saat 16:08-də yerin 18 km dərinliyində meydana gəlib. Təbii fəlakət Kongdan 39 km, Bəndər Lengehdən 43 km və Bastakdan 60 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR