Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti normallaşır

Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti normallaşır
# 07 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Avtobusdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti normallaşır. 3 saylı Şəhər Klinik Xəstəxanasının Travmatologiya şöbəsindən APA-ya verilən məlumata görə, xalq artistinin səhhətində ciddi irəliləyiş var: “İndi özünü normal hiss edir. Müalicə davam etdirilir. İki gün əvvəl vəziyyəti orta-ağır olaraq qiymətləndirilsə də, indi artıq ortadır. Amma hələlik yataq şəraitindədir, ayağa durmasına icazə verilmir. Müalicəsi bir neçə gün də davam edəndən sonra sərbəst gəzə biləcək”.

Şöbədən bildiriblər ki, N. Əhmədovanın xəstəxanada müalicəsi on günə yaxın davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR