Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi arasında telefon danışığı olub
# 08 aprel 2014 08:39 (UTC +04:00)

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Ukraynaya dəstək olmaq üçün imkanları müzakirə ediblər.

S.Lavrov Ukraynanın cənub-şərq bölgəsində baş verən hadisələrlə bağlı bütün regionların və siyasi qüvvələrin iştirakı ilə açıq və şəffaf konstitusiya islahatına ehtiyac olduğunu vurğulayıb.

Tərəflər Ukraynanın federal strukturu ilə bağlı real dialoqun vacibliyini vurğulayıblar. S.Lavrov və C.Kerri Ukrayna ilə bağlı yaranmış vəziyyəti tənzimləmək məqsədilə birgə səyləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR