Gəncədə 10 000 ağac əkilib - FOTOSESSİYA

Gəncədə 10 000 ağac əkilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 dekabr 2013 07:35 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi Gəncədə ağac əkmə aksiyası keçirib.

IDEA-dan APA-ya verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” şüarı altında keçirilən kampaniya çərçivəsində dekabrın 1-də Avropanın 2016-cı il Gənclər Paytaxtı elan olunan şəhərdə 10 000-ə yaxın ağac əkilib.

Aksiyaya Gəncə Şəhər İcra Hakimiyyəti dəstək verib. Gəncədə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən ağacəkmə aksiyasında 1000-dən çox könüllü iştirak edib. Əkilən ağaclar əsasən Eldar şamı, Kiparis və Şərq çinarı olub.

IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi bundan sonra da ətraf mühitin mühafizəsi işində gənclərin dəstəyi ilə ekoloji aksiyalarını davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR