Azərbaycan avtomobil istehsalını azaldıb

Azərbaycan avtomobil istehsalını azaldıb
# 16 mart 2015 09:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 44,1 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 18,3%, avtomobil və qoşquların istehsalı 22,6%, nəqliyyat vasitələrinin istehsalı isə 16,4% azalıb.

Belə ki, ötən aylar ərzində Azərbaycanda 38 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 74,1% azdır. Nəticədə bu ilin mart ayının 1-nə 258 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən iki ay ərzində ölkədə 77 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,4% azdır. Bundan başqa, ötən iki ay ərzində 100 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib.

Yanvar-fevral aylarında 186 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 14,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR