AZAL Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşlara başlayır

AZAL Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşlara başlayır
# 23 iyul 2014 08:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşların yerinə yetirilməsinə başlayır.


"APA-Economics"in AZAL-a istinadən verdiyi məlumata görə, uçuşlar oktyabrın 26-dan yerinə yetiriləcək. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Təyyarə bazar günləri Bakıdan saat 10:10-dan qalxacaq və saat 15:10-da Bişkekda eniş edəcək.

Bişkekdan uçuş saat 16:30-da başlayacaq və təyyarə Bakıda saat 17:55-də eniş edəcək.

Çərşənbə axşamı (çərşənbə) günləri isə Bakıdan uçuş saat 20:20, Bişkekda eniş 01:30-da (+1), əks istiqamətdə isə Bişkekdan uçuş saat 02:50-də, Bakıda eniş saat 04:15-də yerinə yetiriləcək.

Uçuşlar müasir və komfortlu "Airbus" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR