Ukraynanın Azərbaycandakı səfirliyi Krım və Sevastopola giriş qaydalarını açıqlayıb

Ukraynanın Azərbaycandakı səfirliyi Krım və Sevastopola giriş qaydalarını açıqlayıb
# 10 aprel 2014 13:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ukraynanın Azərbaycandakı səfirliyi xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün Krım və Sevastopola giriş qaydalarını açıqlayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Krım Muxtar Respublikası və Sevastopola Ukrayna qanunvericiliyi və beynəlxalq razılaşmalar əsasında daxil olmalıdır.

Viza əsasında Ukraynaya səfər edən xarici vətəndaşlar viza almaq üçün Ukraynanın diplomatik korpus və konsulluq şöbələrinə müraciət etməlidir. Vizasız giriş hüququ olan xarici vətəndaşlar isə Krım Muxtar Respublikası və Sevastopola ancaq Ukrayna ərazisindən keçməlidirlər. Yoxlamalar və müvafiq möhürlər Ukrayna sərhəd xidmətçiləri tərəfindən həyata keçirildikdə həmin səfər qanuni hesab olunacaq.

Ukrayna qanunvericiliyini pozan, qaydalara riayət etməyən xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Ukrayna qanunvericiliyi qarşısında məsuliyyət daşıyacaqlar, onlar işğala dəstək verən şəxs kimi tanınacaqlar və bu durum həmin şəxslərə qarşı beynəlxalq sanksiyaların tətbiqinə gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR