DİN ötən gün Bakıda baş verən partlayışla bağlı məlumat yayıb

DİN ötən gün Bakıda baş verən partlayışla bağlı məlumat yayıb
# 12 iyun 2014 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verilən məlumata görə, iyunun 11-də saat 14:00 radələrində paytaxtın Nizami rayonu Əziz Əzimzadə küçəsində Bakı şəhər sakini Həbib Cəfərova məxsus mebel sexində yanğın baş verib.

Nəticədə sexin 15 kv. m sahədə olan taxta tullantıları yanıb, yanıq xəsarətləri almış sexdə işləyən fəhlələrdən - paytaxt sakinləri Mirzə Zeynalova, Manaf Babayevə, Abşeron rayon sakini Ağa Əzimova xəstəxanada ilkin tibbi yardım göstərilib, paytaxt sakinləri Tufan Məmmədov və Türkiyə vətəndaşı Cahid Karaca xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR