Azərbaycanda iqlimlə əlaqədar toxumlu bitkilər arasında yeni təhlükəli xəstəlik növləri yayılıb

Azərbaycanda iqlimlə əlaqədar toxumlu bitkilər arasında yeni təhlükəli xəstəlik növləri yayılıb
# 30 noyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda iqlimlə əlaqədar toxumlu bitkilər arasında yeni təhlükəli xəstəlik növləri yaranıb. Bunların qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür.

APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısında deyib.

Onun sözlərinə görə, son vaxtlar beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq nəticəsində ölkəyə yeni 4 buğda növü gətirilib. Bu növ buğda yerli təsərrüfatlarda əkinin 35%-ni təşkil edir: “Toxumçuluğun əsas hissəsi özəl sektorun payına düşür. Hazırda biz 200 fermerə gələcəkdə artırılması və inkişafı üçün “elit” toxum növü vermişik. Toxumçuluq sahəsini genişləndirmək üçünsə ilk növbədə bu sahədə maddi-texniki bazanın təmin edilməsi vacib şərtdir. Odur ki, toxum təmizləyən, dərmanlayan maşınlar, xəstəliklərə qarşı mübarizə sistemi işlənib hazırlanmalıdır. Xüsusilə də yeni texnikalar ölkəyə gətirilməlidir”.


Mərkəzin baş direktoru hesab edir ki, Braziliya mütəxəssisləri tərəfindən tətbiq edilən, şum aparılmadan toxum səpən traktorların və yeni mexanizmlə biçin aparan kombaynların ölkəmizə gətirilməsi zəruri məsələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR