Beynəlxalq Əmək Təşkilatı: Məcburi əmək illik 150 mlrd. dollar qeyri-qanuni qazanc gətirir

Beynəlxalq Əmək Təşkilatı: Məcburi əmək illik 150 mlrd. dollar qeyri-qanuni qazanc gətirir
# 21 may 2014 08:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilir.

Bu məbləğin 2/3 hissəsi – 99 mlrd. dollar seksual istismarın payına düşür.

Məcburi əməyə cəlb olunanların yarısından çoxunu qadın və qızlar təşkil edir. Onlar əsasən kommersiya xarakterli seksual istismara və ev işlərinə cəlb olunub. Kişilər və oğlan uşaqları isə daha çox kənd təsərrüfatı, tikinti və dağ-mədən sənayesində əmək fəaliyyətinə məcbur edilir.

İnsanların məcburi əməyə cəlb edilməsinə təsir edən əsas iqtisadi amillər kimi gəlirlərin qəfildən azalması və kasıblıq göstərilir.

Hazırda dünyada məcburi əmək fəaliyyətinə 21 milyon nəfərin cəlb edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR