Sankt-Peterburqda Heydər Əliyevlə bağlı anım tədbiri keçirilib - FOTO

Sankt-Peterburqda Heydər Əliyevlə bağlı anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 04 may 2014 17:39 (UTC +04:00)

Sankt-Peterburq Fərid Əkbərov-APA. Sankt-Peterburqda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, tədbirin rəsmi hissəsinin başlamasından öncə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və nümayəndə heyətinin təmsilçiləri Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr üzrə Komitəsinin sədrinin müavini Sergey Markovla görüşüblər.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, Sankt-Peterburqun qubernatorunun Azərbaycana səfərinə hazırlıq işləri və Sankt-Peterburqun nümayəndə heyətinin Azərbaycan-Rusiya regional forumunda iştirakı ilə əlaqədar məsələlər müzakirə olunub.

Daha sonra tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu Heydər Əliyev haqqında xatirələrini iştirakçılarla bölüşüb, onun Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən danışıb.

Səfir 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyevin xarici təcavüzə baxmayaraq ölkənin müstəqilliyini qoruyub saxladığını söyləyib: “Bu gün isə Azərbaycan İlham Əliyevin rəhbərliyi altında öz müstəqil, heç kimdən asılı olmayan daxili və xarici siyasətini həyata keçirən müstəqil dövlətə çevrilib. Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün dəyərlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət ayırıb. Bu gün bu münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir və buna ölkəmizin prezidenti İlham Əliyev xüsusi diqqət ayırır. Ölkələrimiz arasında mehriban qonşuluq və strateji münasibətlər qurulub”.

Polad Bülbüloğlu həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, fond tərəfindən dünyada, o cümlədən Rusiyada həyata keçirilən böyük və çoxtərəfli işlər barədə danışıb. Fondun Rusiyadakı fəaliyyətinə toxunan səfir Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığnı xüsusilə vurğulayıb.

Tədbirdə çıxış edən Sergey Markov Sankt-Pereburq Hökumətinin mərasim iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Daha sonra çıxış edən general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü işlərdən danışıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Heydər Əliyevin rəhbərliyi altında görülən işlər barədə xatirələrini bölüşərək Azərbaycan tarixinin ağır dövründə Heydər Əliyevlə Naxçıvanda keçirdiyi illər barədə danışıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR