Lənkəranda iki avtomaşın toqquşub - FOTOSESSİYA

Lənkəranda iki avtomaşın toqquşub - <span style="color: red;">FOTOSESSİYA
# 05 may 2014 13:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 5-də günorta saatlarında şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini Namiq İbrahimxəlil oğlu Məhərrəmovun idarə etdiyi “VAZ-21015” markalı, 42 BN 875 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan digər şəhər sakini Hüseyn Aslan oğlu Kərimovun idarə etdiyi “KamAZ” markalı, 42 BM 571 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Xəsarət alan olmasa da, güclü zərbə nəticəsində hər iki avtomobil ciddi zədələnib, həmçinin “KamAZ” yolun kənarında yerlən “Sultan” Şadlıq Sarayının hasarını dağıdıb.

Qəzanın dəqiq səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR