Abşeronda minik maşını “KamAZ”-a çırpılıb, bir ailənin üç üzvü xəsarət alıb - FOTOSESSİYA

Abşeronda minik maşını “KamAZ”-a çırpılıb, bir ailənin üç üzvü xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 may 2014 06:36 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 10-cu kilometrliyində, Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı minik maşını eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə "VAZ 2106"-da olan bir ailənin 3 üzvü xəsarət alıb.

Sürücünün vəziyyəti daha ağır olduğundan o, təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR