“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər məlum olub

“Elektron hökumət” portalında ən çox istifadə olunan e-xidmətlər məlum olub
# 22 may 2014 14:21 (UTC +04:00)

2014-cü ilin aprel ayı ərzində “www.e-gov.az portalı tərəfindən təqdim edilən e-xidmətlərdən vətəndaşlar tərəfindən ən çox istifadə edilənlər məlum olub.

Belə ki, əldə etdiyimiz məlumatlara əsasən bu xidmətlərə:

  • Daxili İşlər Nazirliyinin təqdim etdiyi
  • Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar xidməti.
  • Təhsil Nazirliyinin təqdim etdiyi
  • Diplom haqqında məlumatlar xidmətləri.
  • Vergilər Nazirliyinin təqdim etdiyi
  • VÖEN-ə görə ödəyicinin axtarılması.
  • Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi
  • Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ya ləğvi üçün müraciətin və sənədlərin qəbulu xidmətləri.
  • Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi

- Telefon nömrəsi üzrə axtarış;

- Vətəndaşın fərdi məlumatları barədə arayış;

- Mobil cihazların qeydiyyatdan keçirilməsi;

- Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat;

- Portal üzərindən verilmiş arayışların yoxlanılması xidmətləri.

  • Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi
  • Sığortaolunanın onlayn uçota alınması;
  • Sığortaedənin uçot nömrəsinin öyrənilməsi və sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı;
  • Pensiya kalkulyatoru xidmətləri.
  • Ədliyyə Nazirliyinin təqdim etdiyi
  • Azərbaycan adları barədə məlumatın verilməsi xidməti

daxildir.

Xatırladaq ki, “www.e-gov.az” portalı Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 avqust tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan sonra hazırlanaraq istifadəyə verilmişdir və əsas məqsədi vətəndaş və dövlət qurumları arasında münasibətləri rahatlaşdırmaqdır. Statistikaya əsasən, 2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının sonuna qədər portala ümumilikdə 623078 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub.

Aprel ayının ilk ongünlüyündə “www.e-gov.az” portalının təqdim etdiyi elektron xidmətlərə olan müraciətlərin sayı 1 milyona çatıb.

Portalın xidmətlərindən elektron imza ilə istifadə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR