“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir

“Bank VTB (Azərbaycan)” Bakıda filial şəbəkəsini genişləndirir
# 30 may 2014 13:11 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Bakının Səbail rayonunda “Bank VTB (Azərbaycan)” sayca altıncı filialının açılış mərasimi baş tutub.

APA-Economics”in məlumatına görə, filial “Sahil” metro stansiyasının yaxınlığında, Bülbül prospekti 7 ünvanında yerləşir.

Filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur. Belə ki, müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR