Vergilər Nazirliyi üç müəssisənin əmlakını siyahıya alıb

Vergilər Nazirliyi üç müəssisənin əmlakını siyahıya alıb
# 12 iyun 2014 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması İdarəsinin əməkdaşları tərəfindən siyahıya alınma tədbirləri keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Bakıelektromaşın” ASC-nin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 98 786 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən mayın 21-də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılmış və vergi ödəyicisinə məxsus 120 min manat dəyərində torpaq sahəsi müəyyən edilmiş qaydada siyahıya alınıb.

Yasamal rayonu, Salatın Əsgərova küçəsi, ev 87 ünvanda yerləşən daşınmaz əmlakın istismarı və kirayəyə verilməsi ilə məşğul olan “AZACO” şirkətində də əmlakın siyahıya alınması tədbirləri keçirilib, tədbir zamanı 45 683 manat vergi borcu müqabilində 50 min manat dəyərində olan torpaq sahəsi siyahıya alınıb.

Vergi əməkdaşları tərəfindən Bakı-Quba yolunun Üzvi Sintez zavodu ərazisində yerləşən hissəsindəki “Azərkarton” MMC-də də əmlakın siyahıya alınması tədbirlərini həyata keçirilib. Kağız və karton məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən, onun 13 913 manat məbləğində borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsini təmin etmək üsulu kimi müəssisədəki 3 min manat dəyərində olan dəzgah və avadanlıq müəyyən edilmiş qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR