“AMAY”-ın həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib

“AMAY”-ın həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib
# 13 iyun 2014 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, apellyasiya şikayəti məhkəməyə təqdim edilib. İyunun 17-də hakim Camal Ramazanovun sədrliyi ilə şikayətə baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A. Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR