Ombudsman UNİCEF-in Bakı ofisininin rəhbərini qəbul edib

Ombudsman UNİCEF-in Bakı ofisininin rəhbərini qəbul edib
# 02 iyun 2014 14:26 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova UNİCEF-in Bakı ofisininin rəhbəri Mark Herevardı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüşdə M. Herevard Müvəkkilə fəaliyyəti dövründə, habelə birgə əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi, təmini və təbliği sahəsində fəaliyyətin səmərəliliyini vurğulayıb, Ombudsman və əməkdaşları tərəfindən uşaq hüquqlarının təmini vəziyyətinin öyrənilməsi məqsədilə həyata keçirdiyi monitorinqləri, müvafiq qurumlara bu araşdırmaların nəticələri üzrə göndərilmiş təkliflər, həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri, Bakı şəhərində və respublikamızın regionlarında müsbət təcrübə kimi həyata keçirilən Uşaq hüquqlarının Pilləli tədrisi sahəsində işləri yüksək dəyərləndirib.

E. Süleymanova da UNİCEF-lə, həmçinin UNİCEF-in Bakı ofisi ilə sıx əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, M. Herevarda gələcək fəaliyyətində uğurlar arzu edib.

Tədbirin sonunda Ombudsman qonağa xatirə medalı, suvernirlər və təsisatda hazırlanmış İngiliscə-Rusca-Azərbaycanca, Azərbaycanca-Rusca-İngiliscə hüquq lüğətlərinin bir nüsxəsini təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR