“Azəriqaz” abonentlərinin sayı 1,7 mln. nəfərə çatıb

“Azəriqaz” abonentlərinin sayı 1,7 mln. nəfərə çatıb
# 18 iyun 2014 10:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda təbii qazla təhciz edilmiş abonentlərin sayı 1 691 127-yə çatıb.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “”APA-Economics”ə verilən məlumata görə, abonentlərin 1 670 117-si əhali, 21 010-u isə qeyri-əhali sektoruna aiddir.

Onların 715 624-ü Bakı şəhərinin, 975 503-ü isə regionların payına düşür. Abonentlərin hamısı sayğacla təmin olunub. Bu ilin yanvar-may aylarında 79 çoxmərtəbəli bina, ümumilikdə isə 7 975 mənzil qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR