Azərbaycan prezidenti İtaliyanın xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycan prezidenti İtaliyanın xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 16:28 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də İtaliyanın xarici işlər naziri Emma Boninonu qəbul edib.

APA-nın məlumatına görə, görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasimi yüksək qiymətləndirilib. Layihənin həyata keçirilməsində Azərbaycanın siyasi və iqtisadi baxımdan böyük işlər gördüyü vurğulanıb, Avropanın enerji xəritəsində əhəmiyyətli rol oynayacaq bu layihənin enerji resurslarının şaxələndirilməsi işinə də töhfə verəcəyi bildirilib.

Söhbət zamanı Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR