İtaliya hökuməti Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə maneçilik törətməkdə ittiham olunur

İtaliya hökuməti Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə maneçilik törətməkdə ittiham olunur
# 14 iyul 2014 07:39 (UTC +04:00)

APA-nın “Financial Times” nəşrinə istinadən verdiyi məlumata görə, əgər əvvəllər sanksiyaların ən qatı əleyhdarı kimi Almaniya tanınırdısa, indi bu rola İtaliya iddia edir.

Qeyd olunur ki, Almaniya kimi İtaliya da Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir.

“Hamıya aydındır ki, İtaliya biznesinin Rusiya ilə geniş iqtisadi əlaqələri var və bu üzdən də italyanlar sanksiyaların sərtləşməsini istəmir”, - deyə İtaliya korporasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Öz növbəsində rəsmi Roma Rusiyaya qarşı sanksiyaların tətbiqinə maneçilik törədilməsinə dair iddiaları rədd edib. İtaliyanın Avropa Birliyindəki nümayəndəsi Stefano Sannino bəyan edib ki, baş nazir Matteo Rensi Almaniya kansleri ilə telefon söhbəti zamanı bu məsələdə İtaliyanın Almaniya və Fransa ilə mövqelərinin üst-üstə düşdüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR