Cəlilabadda minik avtomobili velosipedçini vurub - FOTO - VİDEO

Cəlilabadda minik avtomobili velosipedçini vurub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 07:03 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Heydər Əliyev prospektində Seyrəngah adlanan parkın yaxınlığında qeydə alınıb.

Rayon sakini Müslüm Miraqiloğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə velosipedlə yolu keçmək istəyən rayon sakini, 17 yaşlı Quliyev Elməddin Elçin oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan E. Quliyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

İlkin versiya olaraq hadisənin “Mercedes”in yüksək sürətlə idarə olunması, eyni zamanda velosipedçinin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR