Azərbaycan millisi reytinq siyahısında 1 pillə geriləyib

Azərbaycan millisi reytinq siyahısında 1 pillə geriləyib
# 02 dekabr 2013 08:21 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hesabında 1362 xal olan Azərbaycan yığması siyahıda 14-cü pillədə qərarlaşıb.

Joze Alessionun baş məşqçisi olduğu millimiz ötən reytinq cədvəli ilə müqayisədə 1 pillə geriləyib. Bu geriləmə komandamızın son 2 ayda 2-ci enişidir. Oktyabrda 12-ci olan əvvəl Xorvatiyanı, indi isə Kolumbiyanı qabağa buraxıb.


Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsindəki rəqiblərimizdən olan İtaliya planetin 3-cü komandası adını qoruyub – 1755 xal. 1323 xala malik Sloveniya da 17-ci pillədə qalıb.


Qeyd edək ki, siyahıya isə İspaniya (1973) və Braziliya (1944) milliləri başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR