Gəncə şəhərinin turist planı hazırlanıb

Gəncə şəhərinin turist planı hazırlanıb
# 12 fevral 2014 10:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Milli Atlasının hazırlanması ilə əlaqədar müxtəlif adda 452 səhifə olmaqla tematik xəritələr, diaqram, mətn və cədvəllər hazırlanıb və razılaşdırılması üçün aidiyyəti üzrə dövlət qurumlanına göndərilib.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ensiklopediyasına daxil edilən (H-X) hərflər üzrə 16 xəritə hazırlanaraq təhvil verilib, Gəncə şəhərinin turist planı hazırlanaraq 200 nüsxə nəşr edilib.

Komitə sədri bildirib ki, Azərbaycanın geoekoloji xəritəsi hazırlanaraq 200 nüsxə nəşr edilib, 1918-1920-ci il tarixi xəritəsi, Cavad uyezdi, Bakı uyezdi, Şamaxı uyezdi və Göyçay uyezdi xəritələri hazırlanıb: «1:2000 miqyasında 510 nomenklatura 15 300 nüsxə, 1:5000 miqyasında 168 nomenklatura 5 040 nüsxə, 1:10000 miqyasında 146 nomenklatura 8 760 nüsxə, 1:25000 miqyasında 196 nomenklatura 25 480 nüsxə və 1:50000 miqyasında 196 nomenklatura 25 480 nüsxə olmaqla, cəmi 1 216 nomenklatura topoxəritələr nəşr edilib».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR