Azərbaycan yığmasının sabiq futbolçusu Bolqarıstan klubunda oynaya bilər

Azərbaycan yığmasının sabiq futbolçusu Bolqarıstan klubunda oynaya bilər
# 04 iyul 2014 12:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisinin sabiq futbolçusu Murad Hüseynov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu karyerasını Bolqarıstanda davam etdirə bilər.

Belə ki, Murad bu mövsümdən A qrupunda çıxış edəcək “Haskovo” klubundan dəvət alıb. Hücumçu Dimço Nenovun baş məşqçi olduğu komandada baxışda olacaq.

Hüseynov sabah “Septemvri” klubu ilə keçiriləcək yoxlama oyununda özünü göstərməlidir. Milliləşən dağıstanlı iyulun 7-də “Çerno More”, 9-da “Montana” ilə baş tutacaq görüşlərdə də özünü göstərmək imkanı qazanacaq.

Qeyd edək ki, Rusiyada “Anji”, “Şinnik”, “Şeksna”da oynamış futbolçu Azərbaycanda “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib. Qəbələ təmsilçisinə Serbiya “Mladost”undan gələn hücumçu son vaxtlarda bu ölkənin “Sloboda”, Slovakiyanın “Banik”, Latviyanın “Dauqava” klublarında oynayıb. Yığmamızda 2011-ci ildə 4 matç keçirən futbolçu AVRO-2012-nin Almaniya ilə görüşündə qol sevinci yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR