Ekologiya naziri Bərdədə vətəndaşları qəbul edib - FOTO - VİDEO

Ekologiya naziri Bərdədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 aprel 2014 09:27 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Bərdədə Bərdə, Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Xocavənd və Laçın rayonlarının sakinlərini qəbul edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, görüşdə 50-yə qədər vətəndaşının müraciətinə baxılıb. Vətəndaşlar əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı müraciət ediblər .

Qəbulda vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Bəzi şikayətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Nazirliyin strukturuna aid olmayan digər mÜraciətlər isə mÜvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Jurnalistlərə müsahibəsində, müraciətlərin əsas hissəsini sosial məsələlər əhatə etdiyini deyən nazir bildirib ki, xüsusilə içməli su problemi ilə bağlı vətəndaşların narahatlığı var ki, bu məsələ artıq dövlət strukturları tərəfindən diqqət mərkəzindədir və bununla bağlı proqram işlənib hazırlanıb.

Qəbulda iştirak edən vətəndaşlar, ov və digər ekoloji məsələlər haqqında da şikayət və müraciətlər səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR