Bakıda gənc oğlan "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdən özünü ataraq intihar edib - FOTOSESSİYA - VİDEO

Bakıda gənc oğlan "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpüdən özünü ataraq intihar edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 23:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Ətrafdakılar dərhal Fövqəladə Hallar Nazirliyinə (FHN) və polisə bu barədə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikrindən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR